Pleyeri seçin:

"Problemlər deyiləsi kimi deyil!" | Təhsil ocaqlarında dəhşətə gətirən mənzərə - Baku TV

26 dekabr 2025 648 baxış

Zərdab rayonunun Şahhüseynli kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək məktəb binasının yararsız vəziyyətdə olmasından, həmçinin yeni təmir olunan bağçada istilik sisteminin işləməməsindən şikayətləniblər.

“Məktəbin pəncərələrində şüşə yoxdur, hər yer karton və taxta ilə örtülüb, içi də uçub-dağılıb. Mənim üç uşağım var və bu vəziyyətdə övladlarımı həmin məktəbə qoymaram”, – deyə sakinlərdən biri narazılığını bildirib.

Başqa bir sakin isə bağçadakı şəraitdən gileylənib:

“Bağçada nə istilik sistemi var, nə də su. Havalar soyuyan kimi uşağımı bağçaya göndərmirəm, çünki xəstələnir. Uşaqlar isti su ilə təmin olunmalıdır, amma burada isti su yoxdur, soyuq su ilə yuyunurlar”.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Cabir Azayev adına Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin vəziyyətindən məlumatlıdırlar və binanın əsaslı təmir edilməsi plana salınıb.

Qeyd olunub ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Bağça ilə bağlı şikayətə gəlincə isə qurumdan bildirilib ki, kənd körpələr evi-uşaq bağçasının istilik təminatı elektrik piltələri ilə təmin edilirdi və mövcud temperatur sinif otaqlarını tam qızdırmaq üçün kifayət etmirdi. Elektrik piltələri odun sobası ilə əvəzlənib, hazırda müəssisənin istilik təchizatı təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə həyata keçirilir.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 648 baxış
Seçilmişlər
icon