Goranboyda dəhşətli qəza | 6 nəfər xəsarət aldı - Baku TV
Goranboyda minik maşını mikroavtobusla toqquşub.
Hadisə Goranboy-Qızılhacılı yolunun rayonun Nərimanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 6 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəstəxanadan bildirilib ki, hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir: “Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub”.
Qəza zamanı deformasiyaya uğrayan avtomobillərdən yaralıları Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxararaq Təcili yardım briqadalarına təhvil veriblər. Faktla bağlı araşdırmalar aparılır.
#Goranboy teqi istifadə olunub
- 2 uşaq anasının faciəvi ölümü | "Süst halda idi, gördük ki, oturduğu yerdə..." - Baku TV
- "Kömək edin, qalmışıq burada!" - Dəhşətli vəziyyət | İnsanlar görün hansı şəraitdə yaşayır - Baku TV
- Bu il "Gənclər Paytaxtı" Goranboy seçilib | Tədbirdən ən son məlumatlar - Baku TV
- Goranboyda şagirdi döyən direktor barəsində hansı qərar verildi? - Baku TV
- Goranboyda məktəbdə qalmaqal | 10-cu sinif şagirdinə zorakılıq - CANLI
