Pleyeri seçin:

Tovuzda erkən nikahın qarşısı alındı | 14 yaşlı qız danışdı - Baku TV

16 dekabr 2025 595 baxış

Tovuzun Yuxarı Öysüzlü kəndində erkən nikahın qarşısı alınıb.

14 yaşlı qızla 33 yaşlı oğlanın toy mərasimi yarımçıq qalıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşları toy mərasiminin keçirilməsinin qarşısını alıblar. Tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunub və onlarla profilaktik söhbətlər aparılıb. Qanunvericiliyin tələbləri izah edilib, inzibati protokol tərtib olunub və məsələyə məhkəmədə baxılacaq.

Məhkəmənin qərarına əsasən, valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, həbs edilən şəxs bəyin, yəni Firdovsi Abbasovun atası, rayonun Çeşməli kənd sakini Füzuli Abbasovdur.

Qazax-Tovuz Regional Təhsil İdarəsi də məsələ ilə bağlı açıqlama verib. Qurumdan bildirilib ki, 2011-ci il təvəllüdlü, Tovuz rayon sakini olan qız Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bununla bağlı məktəb rəhbərliyi tərəfindən 2023-cü ilin yanvarın 23-də hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib.

Hüquq-mühafizə orqanlarından təhsil müəssisəsinə 2023-cü ilin fevralın 13-də daxil olan cavab məktubunda qeyd olunub ki, şagird ailəsi ilə birlikdə əvvəlki ünvanda yaşamır və onların paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində məskunlaşdıqları müəyyən edilib.

Qeyd olunan tarixdən sonra isə şagirdin ailəsinin yeni ünvan üzrə hər hansı ümumtəhsil müəssisəsinə və ya müvafiq təhsil idarəsinə rəsmi müraciətinin olmadığı müəyyən edilib. Bu səbəbdən şagirdin təhsilini davam etdirməsinə nəzarəti təmin etmək mümkün olmayıb.

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 595 baxış
Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Hadisə
23 sentyabr 2026 595 baxış
Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 595 baxış
Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Hadisə
23 sentyabr 2026 595 baxış
2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

Hadisə
22 sentyabr 2026 595 baxış
Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 595 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 595 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 595 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 595 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 595 baxış
Seçilmişlər
icon