Bakıda əri məşhur müğənnini qətlə yetirdi: dəhşətli detallar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ər arvadını qətlə yetirib. Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
39 yaşlı paytaxt sakini Anar Həşimov Nizami Rayon Polis İdarəsinə könüllü təslim olaraq həyat yoldaşı Yaqut Həşimovanı qətlə yetirdiyini etiraf edib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə yerində olan ekspert kriminalistlər meyitin üzərində çoxsaylı bıçaq xəsarətləri müəyyən ediblər. Cəsəd müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Nizami Rayon Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, qətlə yetirilən Yaqut Həşimova Yaqut Nəriman kimi tanınan müğənnidir. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində törədilib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?
- Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI
- Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI
- "O da sakit oğlan idi, bu da" | Çayxana qarşısındakı mübahisə qanla bitdi - Baku TV
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
