Pleyeri seçin:

Bakıda hoteldə keçmiş arvadını güllələyən şəxsin tükürpərdən planı | Hökm oxundu

18 fevral 2025 278 baxış

16 yanvar 2024-cü il tarixində Səbail rayonu ərazisində yerləşən "Sahil" hotelinin 609 nömrəli otağında güllələnmə hadisəsi baş verib.

41-ci bölmənin əməkdaşları Bərdə rayon sakini, 31 yaşlı Rəşad Əsədzadəni saxlayıblar.

Anket məlumatlarına əsasən, o, əvvəllər iki dəfə azadlıqdan məhrum olunub.

Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cəmilə Məmmədovanın aldığı xəsarətlər ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin itirilməsi ilə nəticələnib.

İstintaqla müəyyən edilib ki, Rəşad Əsədzadə əvvəllər Cəmilə Məmmədova ilə rəsmi nikah bağlanmadan ər-arvad münasibətində olub. Faktiki ayrı yaşamasına baxmayaraq, Rəşad əsaslı dəlillər olmadan Cəmilənin digər şəxslərlə görüşməsini zənn edib və bunu özü üçün qəbuledilməz hal sayıb.

Qadını öldürmək qərarına gələn Rəşad Əsədzadə cinayətkar niyyətini həyata keçirmək üçün Bakıya gəlib, qız övladına baxması üçün pul verəcəyi adı ilə Cəmilə Məmmədovanı görüşə dəvət edib.

Yanvarın 16-sı saat 23 radələrində Salyan yolunun 14-cü kilometrliyində yerləşən hotelin 609 nömrəli otağında odlu silahdan yaxın məsafədən qadının döş qəfəsinə atəş açıb.

Atəş səsinə gələn hotel işçilərinin hadisəyə müdaxilə etməsindən, habelə vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş tibbi yardım nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub. Beləliklə, Rəşad Əsədzadə cinayət əməlini başa çatdıra bilməyib.

Məhkəmə iclasında Rəşad Əsədzadə ittiham üzrə özünü təqsirli bilməyib. Zərərçəkmiş Cəmilə Məmmədova isə Rəşad Əsədzadə ilə barışmadığını və onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rəşad Əsədzadə 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Hadisə
21 dekabr 2025 278 baxış
Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 278 baxış
Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 278 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Hadisə
20 dekabr 2025 278 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Hadisə
20 dekabr 2025 278 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
20 dekabr 2025 278 baxış
2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 278 baxış
“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 dekabr 2025 278 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 dekabr 2025 278 baxış
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 dekabr 2025 278 baxış
Seçilmişlər
icon