Hadisə
Pleyeri seçin:
Bakıda içində yaşlı qadının olduğu ikimərtəbəli ev uçdu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 156 ünvanında fərdi yaşayış evində uçqun baş verməsi nəticəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinin uçması nəticəsində 1 nəfər vətəndaşın dağıntı altında qaldığı müəyyən edilib.
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində 1957-ci il təvəllüdlü K.Nuriyeva dağıntı altından çıxarılaraq xilas edilib.
Kopyalandı
Seçilmişlər