Pleyeri seçin:
Bakıda qandonduran əməl | Aktyor və xanımı bu evdə qətlə yetirildi, qonşu danışdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Hüseynbala Əliyev küçəsi, bina 4, mənzil 86 ünvanında qeydə alınıb.
Belə ki, ev sahibi 85 yaşlı İosif Zusyeviç Tkaçla həyat yoldaşı 80 yaşlı Lyudmila Tkaç Mixaylovna qətlə yetirilib.
Hadisə barədə Baku TV-yə danışan qonşu bildirib ki, qətlə yetirilən şəxslərin heç kimlə problemi olmayıb:
“Onları 60 ildir tanıyıram. Çox yaxşı münasibətimiz olub. Mehriban, problemsiz ailə idi. İki qızları var, Almaniyada yaşayırlar. Onların heç kimlə problemi yox idi. Dünən xəbəri eşidəndən yata bilməmişəm, şokda idim”.
Qeyd edək ki, İosif Tkaç uzun illər Rus Dram Teatrının aktyoru kimi çalışıb, həyat yoldaşı isə pedaqoji fəaliyyətlə məşğul olub.
Kopyalandı
#Nəsimi rayonu teqi istifadə olunub
- "Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV
- Vətəndaşların şikayətinə niyə baxan tapılmır?
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
