Hadisə
Pleyeri seçin:
Bakıda qumbara təhlükəsi | FHN təcili əməliyyat keçirdi
Bakı şəhərinin Nərimanov rayonu ərazisində sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib:
“Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd “M-75” əl qumbarası, bir ədəd “M-75 P1” partladıcısı, 18 ədəd 7,62 mm-lik atıcı silah mərmisi, bir ədəd “AKM” avtomatın güllə sandığı olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb”.
Kopyalandı
Seçilmişlər