Bakıda şadlıq evində toy zamanı qorxulu anlar yaşandı
Bakıda şadlıq evlərindən birində toy zamanı yanğın olmasını əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 21-də Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında baş verib.
Belə ki, qığılcım toy zamanı şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.
Toyun aparıcısı qonaqların dərhal şadlıq evini tərk etməsini xahiş edib və mikrofonla “Hər kəs təxliyə olunsun, zalda bir nəfər qalmasın” deyə səslənib. Bundan sonra zal boşaldılıb.
Bildirilir ki, şadlıq sarayının işçiləri qısa müddətdə yanğını söndürməyi bacarıblar.
#Nizami rayonu teqi istifadə olunub
- "Araşdıranda biləcəklər ki..." | Bakıda gül mağazasındakı dəhşətli yanğın barədə detallar - Baku TV
- "Harada gəldi, belə işlər görürlər" - Taksi parkı ilə avtoservis əməkdaşlarının mübahisəsi - Baku TV
- Bakıda ailə münaqişəsi faciə ilə nəticələndi - Baku TV
- Tikinti şirkəti ilə vətəndaşlar qarşı-qarşıya - Baku TV CANLI
- Tikinti şirkəti vətəndaşları evsiz qoydu | Sakinlər ayağa qalxdı - Baku TV
