Hadisə
Pleyeri seçin:
Bakıda sürücünü boğub avtomobilini qaçırdılar
Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal rayonu ərazisində “Khazar” markalı bir avtomobildə olan 2 sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərməsi, bu zaman sürücünün avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Kopyalandı
Seçilmişlər