Pleyeri seçin:

Bakıda taksilərə qənim kəsilən "polis" saxlanıldı

25 aprel 2023 232 baxış

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən paytaxt sakini Zeynalabdin Məlikzadə saxlanılıb. Əməliyyat Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Z.Məlikzadə onlayn yolla taksi şirkətlərinə əsasən iri marketlərin yaxınlığından sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb və özünü polis əməkdaşı kimi təqdim edib. Onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib.

Z.Məlikzadə taksi sürücülərinə guya onun işlədiyi Polis Bölməsinə çatdıqları zaman ödənişi qaytaracağını bildirib. Zərərçəkənlər Z.Məlikzadənin qeyd etdiyi Polis Bölməsinə yaxınlaşdıqda isə aldanıldıqlarını anlayıblar.

Saxlanılan şəxs taksi sürücülərinin onunla əlaqə saxlamaması üçün onların telefon nömrələrini bloklayıb. Zərərçəkənlərin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə müxtəlif proqramlar vasitəsilə nağdlaşdıraraq ələ keçirib. Z.Məlikzadənin bu yolla 30-a yaxın taksi sürücüsünə qarşı dələduzluq etdiyi müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Z.Məlikzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, Z.Məlikzadə bundan əvvəl də əmlak alqı-satqısı saytlarında saxta elanlar yerləşdirərək vətəndaşları dələduzluq yolu ilə aldatdığı üçün məhkum olunub.

"Pastel" gətirib əmimi..." | Goranboyda 81 yaşlı kişiyə qarşı dələduzluq - Baku TV

"Pastel" gətirib əmimi..." | Goranboyda 81 yaşlı kişiyə qarşı dələduzluq - Baku TV

Hadisə
17 dekabr 2025 232 baxış
“İki balama necə baxacağam, ağır cəza versinlər!” | 22 yaşlı gəlinin faciəvi sonu - Baku TV

“İki balama necə baxacağam, ağır cəza versinlər!” | 22 yaşlı gəlinin faciəvi sonu - Baku TV

Hadisə
17 dekabr 2025 232 baxış
Sumqayıtda dəhşətli hadisə | 16 yaşlı yeniyetmə bıçaqlanıb - Baku TV

Sumqayıtda dəhşətli hadisə | 16 yaşlı yeniyetmə bıçaqlanıb - Baku TV

Hadisə
17 dekabr 2025 232 baxış
Tovuzda erkən nikahın qarşısı alındı | 14 yaşlı qız danışdı - Baku TV

Tovuzda erkən nikahın qarşısı alındı | 14 yaşlı qız danışdı - Baku TV

Hadisə
16 dekabr 2025 232 baxış
Hacıqabulda dəhşətə gətirən qəza baş verdi

Hacıqabulda dəhşətə gətirən qəza baş verdi

Hadisə
16 dekabr 2025 232 baxış
Biləsuvarda gizlədilən cinayət üzə çıxdı - 24 SAAT

Biləsuvarda gizlədilən cinayət üzə çıxdı - 24 SAAT

Hadisə
16 dekabr 2025 232 baxış
Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Hadisə
15 dekabr 2025 232 baxış
Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Hadisə
15 dekabr 2025 232 baxış
Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Hadisə
15 dekabr 2025 232 baxış
“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

Hadisə
15 dekabr 2025 232 baxış
Seçilmişlər
icon