Hadisə
Pleyeri seçin:
Bakıda toyda başlayan dava faciə ilə bitdi | Qohum hər şeyin üstünü açdı
Paytaxtda bıçaqlanma hadisəsi baş verib.
Xəzər rayonunun Binə qəsəbəsində, “Atçılıq” yaşayış massivində qonşular arasında düşən mübahisə zamanı 1995-ci il təvəllüdlü Cahangirov Amil Hikmət oğlu və onun atası, 1970-ci il təvəllüdlü Cahangirov Hikmət Əlihüseyn oğlu bıçaq xəsarətləri alıb.
Hər iki yaralı ağır vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına çatdırılıb.
Xəsarətalanların qohumu Zaur Kərimovun sözlərinə görə, qonşular arasında mübahisə toyda olub:
“Toydan sonra Amil və atası evlərinə gəliblər. Onlarla dava edən şəxslər bunlara zəng edib, “söhbət”ə çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Amilgil gediblər. Çatan kimi onları bıçaqlayıblar. Atasına 3, Amilə isə 6 bıçaq xəsarəti yetiriblər”.
Kopyalandı
Seçilmişlər