Pleyeri seçin:

Bakıdakı şadlıq evi ilə bağlı nələr üzə çıxdı? - Təhlükə saçan obyekt

07 mart 2025 382 baxış

Maştağada yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 72 ünvanında yerləşən “Görüş” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunub ki, obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonlarından istifadə olunur və həmin balonlar rezin borular vasitəsilə qaz cihazlarına birləşdirilib; obyekt yanğın su hovuzu və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib; elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib; obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur; elektrik avadanlıqları artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib; obyektin bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb; anbar kimi istifadə olunan sahəsində köçürmə yolları müxtəlif materiallarla tutulub; obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb; təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb; obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib; obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sığorta olunmayıb; obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Görüş” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Qardaşların sonunu gətirən faciəvi qəza | Goranboy sakini hər şeyi danışdı - Baku TV

Qardaşların sonunu gətirən faciəvi qəza | Goranboy sakini hər şeyi danışdı - Baku TV

Hadisə
25 mart 2026 382 baxış
“Hərəsi bir tərəfdən vəhşicəsinə...” | Sumqayıtda dəhşətə gətirən hadisə - Baku TV

“Hərəsi bir tərəfdən vəhşicəsinə...” | Sumqayıtda dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
25 mart 2026 382 baxış
Abşeronda taksi sürücüsünü soymaqda şübhəli bilinən şəxs saxlanıldı - Baku TV

Abşeronda taksi sürücüsünü soymaqda şübhəli bilinən şəxs saxlanıldı - Baku TV

Hadisə
24 mart 2026 382 baxış
Avtomobil dərəyə aşdı: Sürücü öldü

Avtomobil dərəyə aşdı: Sürücü öldü

Hadisə
24 mart 2026 382 baxış
"Gecə terror ediblər!" - Buzovnada şoka salan hadisə | "İş başında” tutulanların ifşası - Baku TV

"Gecə terror ediblər!" - Buzovnada şoka salan hadisə | "İş başında” tutulanların ifşası - Baku TV

Hadisə
24 mart 2026 382 baxış
Bayram qonaqlığının faciəvi sonu | "Bir hadisə olub, belə şeyi heç biri istəməzdi..." - Baku TV

Bayram qonaqlığının faciəvi sonu | "Bir hadisə olub, belə şeyi heç biri istəməzdi..." - Baku TV

Hadisə
24 mart 2026 382 baxış
Ağır qəzanın baş verdiyi yerdən görüntülər

Ağır qəzanın baş verdiyi yerdən görüntülər

Hadisə
24 mart 2026 382 baxış
Saatlıda bayram qonaqlığı faciə ilə bitdi | Qardaşı öldürülən şəxs hər şeyi danışdı - Baku TV

Saatlıda bayram qonaqlığı faciə ilə bitdi | Qardaşı öldürülən şəxs hər şeyi danışdı - Baku TV

Hadisə
23 mart 2026 382 baxış
Naxçıvanda ailə faciəsi yaşandı | Ər-arvadın sonunu nə gətirdi? - Baku TV

Naxçıvanda ailə faciəsi yaşandı | Ər-arvadın sonunu nə gətirdi? - Baku TV

Hadisə
23 mart 2026 382 baxış
Maşın kanala aşdı, 6 nəfər xəsarət aldı

Maşın kanala aşdı, 6 nəfər xəsarət aldı

Hadisə
23 mart 2026 382 baxış
Seçilmişlər
icon