Pleyeri seçin:

21 illik ərini qətlə yetirən qadın hadisənin təfərrüatlarını danışdı - Baku TV

13 mart 2026 385 baxış

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı evin həyətində basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilənə ittiham aktı elan edilib.

Elmira İbrahimova ittihamla özünü qismən təqsirli bilib və daha sonra qətlin təfərrüatlarını danışıb.

“Hadisə 2024-cü il noyabrın 25-də baş verib. 6 yaşlı oğlum da evdə idi. Həmin gün narkotik maddə qəbul etmişdi, mənə də təklif etdi. Mən isə qəbul etmədim. Məni döyüb, təhqir etdi. Sonra silahını gətirməyimi istədi. Mən silahı gətirəndə bir anlığa özümü itirdim, əlim tətiyə dəydi və güllə açıldı”, – deyə Elmira bildirib.

Təqsirləndirilənin sözlərinə görə, həyat yoldaşına atəş açdıqdan sonra onun meyitini həyətə sürüyərək orada basdırıb. Hadisə barədə heç kimə məlumat vermədiyini, Samirə məxsus silahı və mobil telefonunu isə hissələrə ayıraraq dənizə atdığını diqqətə çatdırıb.

Zərərçəkənin anası və hüquqi varisi isə təqsirləndirilənin dediklərinə etirazını bildirərək onun yalan danışdığını deyib.

Məhkəmənin növbəti baxış iclası aprelin 2-nə təyin edilib.

Masazırda baş verən qəza 3 yaşlı uşağın ölümü ilə nəticələndi - Baku TV

Masazırda baş verən qəza 3 yaşlı uşağın ölümü ilə nəticələndi - Baku TV

Hadisə
20 iyun 2026 385 baxış
Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Hadisə
20 iyun 2026 385 baxış
Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Hadisə
20 iyun 2026 385 baxış
Cəlilabadda iş zamanı faciə - Baku TV

Cəlilabadda iş zamanı faciə - Baku TV

Hadisə
19 iyun 2026 385 baxış
Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Hadisə
18 iyun 2026 385 baxış
Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Hadisə
17 iyun 2026 385 baxış
17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

Hadisə
17 iyun 2026 385 baxış
Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Hadisə
17 iyun 2026 385 baxış
11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

Hadisə
17 iyun 2026 385 baxış
Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Hadisə
17 iyun 2026 385 baxış
Seçilmişlər
icon