Pleyeri seçin:

“Çox yaxşı adam idi” | Bakıda ər və arvad amansızlıqla öldürüldü - Baku TV

26 may 2026 263 baxış

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində iki nəfərin qətlə yetirilməsi ilə nəticələnən ağır cinayət hadisəsi qeydə alınıb.

Hadisə fərdi yaşayış evində baş verib. Belə ki, həmin evdə yaşayan 80 yaşlı Sabir Əliyev və 60 yaşlı həyat yoldaşı Zöhrə Əliyeva qonşuluqda yaşayan 29 yaşlı Murad Niftəliyev tərəfindən qətlə yetirilib.

İlkin ehtimallara əsasən, şübhəli şəxs evə gələrək Sabir Əliyevdən pul istəyib. Yaşlı kişi pul verməkdən imtina etdikdən sonra tərəflər arasında mübahisə yaranıb və cinayət hadisəsi baş verib.

Məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Murad Niftəliyev bir müddət əvvəl narkotik asılılığına görə müalicə aldığı müəssisədən yeni çıxıb. Lakin müalicədən qayıtdıqdan sonra, o, yenidən narkotikə olan aludəçiliyini davam etdirib.

Hadisədən bir gün əvvəl isə sözügedən gənc qonşusu Sabir Əliyevdən narkotik almaq üçün pul istəsə də, ahıl kişi ona rədd cavabı verib. Bir gün sonra yenidən pul istəyən Murad Niftəliyev rədd cavabı aldıqdan sonra məlum cinayəti törədib. Daha sonra o, evi qarət etməyə çalışıb, lakin qonşuların səsə çıxdıqlarını görərək hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

"Bacıoğlunu xəstəxanaya sağ çatdıra bilmədik" | Salyanda dəhşətli yol qəzası - Baku TV

"Bacıoğlunu xəstəxanaya sağ çatdıra bilmədik" | Salyanda dəhşətli yol qəzası - Baku TV

Hadisə
21 iyul 2026 263 baxış
Zərdabda tükürpərdən hadisə | 3 yaşlı uşaq faciəvi şəkildə öldü - Baku TV

Zərdabda tükürpərdən hadisə | 3 yaşlı uşaq faciəvi şəkildə öldü - Baku TV

Hadisə
21 iyul 2026 263 baxış
Qazaxda ailə faciəsi | Ata və qızı göldə faciəvi şəkildə həyatlarını itirdi - Baku TV

Qazaxda ailə faciəsi | Ata və qızı göldə faciəvi şəkildə həyatlarını itirdi - Baku TV

Hadisə
21 iyul 2026 263 baxış
Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb | Qəza bir nəfərin həyatına son qoydu - Baku TV

Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb | Qəza bir nəfərin həyatına son qoydu - Baku TV

Hadisə
20 iyul 2026 263 baxış
"Allah haqqı, ürək ağrısına salmısan bizi!" | Kürdəxanıda qalmaqal | "Sizə nə dəxli var?!" - Baku TV

"Allah haqqı, ürək ağrısına salmısan bizi!" | Kürdəxanıda qalmaqal | "Sizə nə dəxli var?!" - Baku TV

Hadisə
20 iyul 2026 263 baxış
Paytaxtda daha bir yol çökdü | Tıxacda qalan sürücülər çətin anlar yaşadı - Baku TV

Paytaxtda daha bir yol çökdü | Tıxacda qalan sürücülər çətin anlar yaşadı - Baku TV

Hadisə
20 iyul 2026 263 baxış
Tovuzda ikimərtəbəli evdə yanğın | Kömək etmək istəyən qonşular zəhərləndi - Baku TV

Tovuzda ikimərtəbəli evdə yanğın | Kömək etmək istəyən qonşular zəhərləndi - Baku TV

Hadisə
20 iyul 2026 263 baxış
Bərdədə bədbəxt hadisə | 59 yaşlı kişi kanalda batdı - Baku TV

Bərdədə bədbəxt hadisə | 59 yaşlı kişi kanalda batdı - Baku TV

Hadisə
19 iyul 2026 263 baxış
Avtomobil motosikletlə toqquşdu, 3 nəfər öldü

Avtomobil motosikletlə toqquşdu, 3 nəfər öldü

Hadisə
19 iyul 2026 263 baxış
Xırdalanda çoxmərtəbəli binada dəhşətli yanğın | Hadisə yerindən görüntülər- Baku TV

Xırdalanda çoxmərtəbəli binada dəhşətli yanğın | Hadisə yerindən görüntülər- Baku TV

Hadisə
18 iyul 2026 263 baxış
Seçilmişlər
icon