"Bacıoğlunu xəstəxanaya sağ çatdıra bilmədik" | Salyanda dəhşətli yol qəzası - Baku TV
İyulun 20-də Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
63 yaşlı Nazim Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 38 yaşlı Razi Dadaşovun sükanı arxasında olduğu “Toyota Prado” markalı avtomobil toqquşub.
Qəza nəticəsində dörd nəfər həyatını itirib, iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəzada həlak olan Elnur Əhmədovun qohumu Nicat Zülfüqarov hadisə yerində gördüklərini belə danışıb:
“Bakıdan gəlirdim. Yolda gördüm ki, bacım oğlu qəzaya düşüb. Avtomobili saxladım. Onu tanınmaz vəziyyətdə görəndə çox pis oldum. Kömək edib avtomobildən çıxardıq, xəstəxanaya çatmamış yolda vəfat etdi. Ailənin yeganə oğlu idi. Çox ağıllı, tərbiyəli insan idi”.
Mərhumun digər qohumu Sadiq Bağırov isə baş verənləri ağır faciə adlandırıb:
“Allah valideynlərinə səbir versin. Mən özüm də sürücüyəm. Sükan arxasında hər zaman ehtiyatlı olmaq lazımdır. Heç kim istəməz ki, belə bir hadisə onun başına gəlsin. Çox ağır faciədir”.
#Salyan teqi istifadə olunub
- Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI
- "Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV
- "Deməli, istədiyi sürətlə sürə bilər" | Bu yol niyə sakinlərin kabusuna çevrilib? - Baku TV
- Salyanda qandonduran qətl | Öldürülən şəxsin anası fəryad etdi - Baku TV CANLI
- “Biz gələndə meyit qanın içində idi” | Salyanda 4 uşaq atası güllələndi - Baku TV
