Pleyeri seçin:

Baş Prokurorluqdan rüşvət əməliyyatı | ANBAAN GÖRÜNTÜLƏR

01 may 2024 528 baxış

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

Fakt üzrə Baş İdarədə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Hazırda iş üzrə bütün qanunazidd hallar araşdırılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

Hadisə
23 iyun 2026 528 baxış
“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

Hadisə
23 iyun 2026 528 baxış
Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Hadisə
23 iyun 2026 528 baxış
Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
22 iyun 2026 528 baxış
Nəsimi rayonunda bıçaqlanma hadisəsi | Sözləri çəp gələn iki qonşu... - Baku TV CANLI

Nəsimi rayonunda bıçaqlanma hadisəsi | Sözləri çəp gələn iki qonşu... - Baku TV CANLI

Hadisə
22 iyun 2026 528 baxış
Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi

Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi

Hadisə
22 iyun 2026 528 baxış
Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV

Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV

Hadisə
22 iyun 2026 528 baxış
“Qızdan xoşu gəlirdi, dedim ki, lazım deyil” | Öldürülən oğlanın anası hər şeyi danışdı - Baku TV

“Qızdan xoşu gəlirdi, dedim ki, lazım deyil” | Öldürülən oğlanın anası hər şeyi danışdı - Baku TV

Hadisə
22 iyun 2026 528 baxış
“Ürəyindən vurdu, yerdə çabalayırdı” | Qonşu “Kubinka”dakı tükürpərdən qətldən danışdı - Baku TV

“Ürəyindən vurdu, yerdə çabalayırdı” | Qonşu “Kubinka”dakı tükürpərdən qətldən danışdı - Baku TV

Hadisə
22 iyun 2026 528 baxış
Ağstafaya güclü dolu yağdı | Evlərə, təsərrüfata ziyan dəyib - Baku TV

Ağstafaya güclü dolu yağdı | Evlərə, təsərrüfata ziyan dəyib - Baku TV

Hadisə
22 iyun 2026 528 baxış
Seçilmişlər
icon