Baş Prokurorluqdan Sumqayıtda baş verən partlayışlarla bağlı açıqlama
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə, eləcə də Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib.
Baş verən partlayışlarla bağlı araşdırma aparılır. Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.
Məlumata əsasən, Sumqayıt şəhəri, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.
Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib, axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Hər iki faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda dəhşətli dəm qazı zəhərlənməsi | Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi - Baku TV
- Sumqayıtda məktəblilər arasındakı mübahisə davaya çevrildi - 24 SAAT
- Sumqayıtda məktəblilər arasında tükürpərdən hadisə | "Onların psixoloji vəziyyəti..." - Baku TV
- Dövlət qurumları Sumqayıtdakı məktəbdə baş verən hadisə barədə açıqlama yaydı - Baku TV CANLI
- Sumqayıtda bədbəxt hadisə | 36 yaşlı kişi dəm qazından vəfat etdi - Baku TV
