Hadisə
Pleyeri seçin:
Bayram günü faciəyə çevrildi | Şəmkirdə qandonduran hadisə
Bir ailənin üç üzvü bıçaqlanıb. Hadisə Şəmkirin Düyərli kəndində baş verib.
Xəsarət alan 52 yaşlı İlham Hüseynov, 29 yaşlı Nübar Qənbərli və 48 yaşlı Şərafət Hüseynova xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə 33 yaşlı Sahib Heydərov təqsirli bilinir. Onun ailənin keçmiş kürəkəni olduğu bildirilir.
S.Heydərov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Kopyalandı
Seçilmişlər