Hadisə
Pleyeri seçin:
Bərdədə mal-qara oğurluğu ilə məşğul olanlar saxlanıldı
Bərdədə mal-qara oğurluğunda şübhəli bilinən dəstə saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun bir neçə kəndində ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qara oğurlayan 3 nəfər müəyyənləşdirilib. Dindirmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Hazırda hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır.
Kopyalandı