Hadisə
Pleyeri seçin:
Qayınının evindəki söz-söhbət gəlinin ölümünə səbəb oldu
Aprelin 28-də Abşeron rayonunun Xırdalan şəhərində yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilən Sevinc Əhmədağayeva doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, 6 il öncə ailə quran Sevincin 3 yaşlı qız övladı yadigar qalıb.
Mərhumun qohumu bildirib ki, münaqişəyə səbəb Sevincin qaynının ailəsindəki söz-söhbət olub.
O, qaynının həyat yoldaşını müdafiə edib. Laçın həmin vaxt onlarda qonaq olan qardaşı arvadını qovub və Sevinci döyüb.
“Biz elə bildik ki, Sevinc özünü vurub, yoldaşı ilə dalaşıb, özünə nəsə edib. İçəri girdik, ağ xalça, qız ortalıqdadır. Bu hadisə uşağın gözünün qarşısında olub. Bu necə bir varlıqdır ki, uşağın gözü qarşısında anasını qətlə yetirib”, – mərhumun qohumu deyib.
Kopyalandı
Seçilmişlər