Pleyeri seçin:

Beyləqandakı dəhşətli qətlin təfərrüatları

25 avqust 2023 486 baxış

Quba sakini İlqar Fərhadov Daxili İşlər Nazirliyinə müraciət edərək qardaşı İldırımın 9 ay əvvəl naməlum şəraitdə Beyləqanda yoxa çıxması ilə bağlı məlumat verir. İldırım Fərhadovun yaşadığı evdən qəfil yoxa çıxması ilə bağlı qeyri-rəsmi nikahda yaşadığı Əzizə Sadıqova yaxınlarına onun Rusiyaya istirahətə getdiyini deyib.

Qeyd edək ki, İldırım Beyləqanın Türklər kəndində təsərrüfatla məşğul olub və orda tikdirdiyi evdə yaşayıb.

İlqar Fərhadovun qardaşı ilə bağlı müraciətindən sonra dərhal hərəkətə keçən polis çox keçmir ki, ilkin nəticə əldə edir. İstintaq qrupu İldırımın həyat yoldaşı Əzizə Sadıqovanın ətrafında əsaslı şübhələr müəyyən edir və o, paytaxtda saxlanılır.

Məlum olub ki, kişi birgə yaşadığı qadının sifarişi ilə qətlə yetirilib. Cinayəti törədən isə rayonun Dünyamalılar kənd sakini, əvvəllər məhkum olunmuş Şahsüvar Əsədov olub. Şahsüvar Əsədovun ifadəsindən məlum olub ki, o, İldırımı kürəyindən iki dəfə atəş açmaqla qətlə yetirib. Hətta qətli törətdiyi yeri də göstərib.

Ş.Əsədov hadisəni törətdikdən sonra İldırım Fərhadovu həyətə basdırdıqdan sonra izi itirmək üçün üzərinə armatur çərçivə toxuyaraq beton tökür.

Çürüyərək hissələrə bölünən cəsədin bütün qalıqları basdırıldığı yerdən çıxarılaraq ekspertizaya təhvil verilib. Sifarişi yerinə yetirən Şahsüvar Əsədov qətli tamah məqsədilə törətdiyini etiraf edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il, Əzizə Sadıqova isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV

Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV

Hadisə
24 iyun 2026 486 baxış
İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV

İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV

Hadisə
24 iyun 2026 486 baxış
"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

Hadisə
23 iyun 2026 486 baxış
“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

Hadisə
23 iyun 2026 486 baxış
Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Hadisə
23 iyun 2026 486 baxış
Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
22 iyun 2026 486 baxış
Nəsimi rayonunda bıçaqlanma hadisəsi | Sözləri çəp gələn iki qonşu... - Baku TV CANLI

Nəsimi rayonunda bıçaqlanma hadisəsi | Sözləri çəp gələn iki qonşu... - Baku TV CANLI

Hadisə
22 iyun 2026 486 baxış
Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi

Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi

Hadisə
22 iyun 2026 486 baxış
Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV

Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV

Hadisə
22 iyun 2026 486 baxış
“Qızdan xoşu gəlirdi, dedim ki, lazım deyil” | Öldürülən oğlanın anası hər şeyi danışdı - Baku TV

“Qızdan xoşu gəlirdi, dedim ki, lazım deyil” | Öldürülən oğlanın anası hər şeyi danışdı - Baku TV

Hadisə
22 iyun 2026 486 baxış
Seçilmişlər
icon