Biləsuvarda qardaş qardaşı bıçaqlayaraq qətlə yetirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarın Xırmandalı kəndində qətl hadisəsi baş verib.
Kənd sakini 39 yaşlı Amil Şirqasımov qardaşı 36 yaşlı Abuzər Şirqasımov tərəfindən qətlə yetirilib.
Hadisə iyunun 17-si gecə saatlarında içki süfrəsi arxasında yaranan mübahisə zamanı baş verib. Bıçaq zərbəsi almış Amil gecə saat 2 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının verdiyi məlumata görə, qardaşlar bir yerdə usta-fəhlə qismində şəxsi sifarişlərlə ev-inşaat işlərində çalışıblar. Daim bir yerdə olan qardaşların arasında münasibətlər kifayət qədər mehriban olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV
- İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR
- “30 ildir biz əkirik, bu yandan çıxıb ki...” | Sakinlərin torpaq sahələri zəbt olunub? - Baku TV
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
