Bilib-bilmədən nəsə danışmayın | Lənkəranda qətlə yetirilən oğlanın qohumları etiraz etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 17-si saat 22:00 radələrində Lənkəranda baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisənin namus üstündə baş verdiyi söylənilir. Lakin mərhumun qohumları deyilənlərin şər böhtan olduğunu və son qərarın araşdırmaların nəticəsindən sonra məlum olacağını söyləyirlər:
“Elnuru vəhşicəsinə qətlə yetiriblər. Bu yaxınlarda nişanı olmalı idi. Hərə bir söz yazır. Xahiş edirəm ki, bilmədiyiniz şeyi danışmayın. Bu məsələni araşdırsınlar”.
Qeyd edək ki, Lənkəran rayonunun Şiləvar kənd sakini 24 yaşlı Elnur Cəfərovla 21 yaşlı Ruslan Məmizadənin aralarında yaranan mübahisə zəminində sonuncu kəsici alətlə birinciyə xəsarətlər yetirib. Nəticədə Elnur Cəfərov yerləşdirildiyi tibb müəssisəsində dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb. Onun barəsində rayon prokurorluğunda cinayət işi açılıb və istintaq işi davam etdirilir.
#Lənkəran teqi istifadə olunub
- “Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV
- “Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV
- Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
