Pleyeri seçin:
Binəqədi və Sabunçuda dəhşət yaşandı | Bu şəxslər...
Bakının iki rayonunda bıçaqlanma hadisəsi baş verib. İlk dəhşətli hadisə Binəqədi qəsəbəsində qeydə alınıb; burada 2005-ci il təvəllüdlü İsrafil Babayev bıçaq xəsarətləri alıb. Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Zərdab rayon sakini Fərqin İsbatov saxlanılıb. Oxşar hadisə Sabunçu rayonunun Anaşkin küçəsində yaşanıb. Fuad Qurbanov adlı şəxs tanışı Rafiq Paşayevlə şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib və ona kəsici-deşici alətlə zərbə endirib. Qarın nahiyəsindən ağır xəsarət alan R. Paşayev xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
Kopyalandı
#Bıçaqlanma teqi istifadə olunub
- Lökbatanda məktəbdə dəhşətli hadisə baş verib | Xəsarətalan var - 24 SAAT
- “Nadinc uşaqdır” - Bakıdakı məktəbdə qanlı hadisənin detalları | Azyaşlı qız... - Baku TV
- Məktəblilərin davası valideynlərin faciəsinə səbəb oldu | Övladına görə ata bıçaqlandı - Baku TV
- Cəlilabadda dəhşətli hadisə | Bir nəfər bıçaqlandı - Baku TV CANLI
- Gəncədə yeniyetmələr arasında baş verən münaqişə qanlı insidentlə nəticələndi - Baku TV CANLI
