Binəqədidə sevgilisini qətlə yetirən şəxsə ömürlük həbs
Paytaxtın Binəqədi rayonunda mənzillərdən birində baş verən yanğın söndürüldükdən sonra mənzildə iki meyit aşkarlanır. Kriminalistlərin hadisə yerində apardığı ilkin araşdırmalardan məlum olub ki, yanan mənzil Binəqədi qəsəbə sakini 1942-ci il təvəllüdlü Lətafət Əzizovaya məxsusdur. Yanmış mənzildən tapılan cəsədlər isə ev sahibəsi və onun qardaşı qızı 1984-cü il təvəllüdlü Güllü Behbudovaya aiddir.
Meyitlərin üzərində xəsarətlərin olması kriminalistləri hər iki qadının qətlə yetirilərək yandırılması versiyası üzərində işəməyə vadar edib. Onların yaxın ətrafında aparılan istintaq əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər həmin evdə usta kimi çalışmış və Güllü ilə qeyri-rəsmi yaşayan 1971-ci il təvəlüdlü Vaqif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət işinin məhkəmə istintaqı yekunlaşaraq təqsirləndirilən şəxs barəsində hökm çıxarılıb. Vaqif Əliyev özünü qismən təqsirli bilsə də o, ömürlük azadlıqdan məhrum edilib.