Pleyeri seçin:

Cəlilabadda 9 il əvvəl itkin düşən qadının qətlə yetirilməsinin detalları açıqlandı

14 noyabr 2025 449 baxış

Cəlilabadda 9 il əvvəl itkin düşən qadının qətlə yetirildiyi məlum olub.

Hadisə rayonun Göytəpə şəhəri, Vasif Hüseynov 27 ünvanında qeydə alınıb.

43 yaşlı Göytəpə şəhər sakini Xəyalə Xəlilovanın meyiti köhnə tikilidə tapılıb. Yaxınlarının bildirdiyinə görə, Xəyalə Xəlilova həmin gün qonşuluqda keçirilən ziyafətdə iştirak edib. Daha sonra evə qayıtmayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Cəlilabad Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Xəyalə Xəlilovanın qəsdən öldürüldüyü müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Masazırda baş verən qəza 3 yaşlı uşağın ölümü ilə nəticələndi - Baku TV

Masazırda baş verən qəza 3 yaşlı uşağın ölümü ilə nəticələndi - Baku TV

Hadisə
20 iyun 2026 449 baxış
Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Hadisə
20 iyun 2026 449 baxış
Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Hadisə
20 iyun 2026 449 baxış
Cəlilabadda iş zamanı faciə - Baku TV

Cəlilabadda iş zamanı faciə - Baku TV

Hadisə
19 iyun 2026 449 baxış
Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Hadisə
18 iyun 2026 449 baxış
Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Hadisə
17 iyun 2026 449 baxış
17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

Hadisə
17 iyun 2026 449 baxış
Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Hadisə
17 iyun 2026 449 baxış
11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

Hadisə
17 iyun 2026 449 baxış
Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Hadisə
17 iyun 2026 449 baxış
Seçilmişlər
icon