Hadisə
Pleyeri seçin:
Cəlilabadda ailə faciəsi | Ərlə arvad dəm qazından boğuldu
Сəlilabad rayonun Şah İsmayıl Xətai küçəsində yerləşən fərdi evlərin birində iki nəfərin meyiti tapılıb.
62 yaşlı Şikarov Ağadadaş İxtiyar oğlunun və onun həyat yoldaşı, 47 yaşlı Məhərrəmova Mehparə Cahangir qızının cansız bədəni qonşular tərəfindən evə baxış keçirilərkən aşkar edilib. Güman olunur ki, həmin şəxslər bir neçə gün əvvəl dünyasını dəyişib.
Hadisə yerinə dərhal müvafiq qurumların əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, ərlə arvad dəm qazından boğulub.
Qonşuların sözlərinə görə, ailənin övladı olmayıb. Mərhum Ağadadaş Şikarov isə muzdlu işçi kimi çalışırmış.
Hadisə ilə bağlı hazırda araşdırma aparılır.
Kopyalandı
Seçilmişlər