“Axı nə qədər belə olacaq?” | Kürdəmirdə sakinləri özündən çıxaran vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə magistral su boru xətti partlayıb.
Hadisə Ağsu-Bəhrəmtəpə yolunun 27-ci kilometrliyində, su kəmərinin rayonun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Partlayış səbəbindən ərazidə su təchizatında ciddi problemlər yaranıb. Sakinlər uzunmüddətli su çatışmazlığından narazılıqlarını bildiriblər.
Onlardan biri vəziyyətin artıq dözülməz hal aldığını deyib:
“Əziyyət çəkirik, su tapa bilmirik. Suyu mağazadan alırıq. Belə yaşayış olar?!”.
Digər sakin isə problemin mütəmadi xarakter aldığını vurğulayaraq bildirib:
“Hər həftə boru xətti partlayır. Deyirlər ki, bu həftə də su olmayacaq. Bunun axırı olacaq? Hansı dövrdə yaşayırıq? Son iki ayda altı dəfə boru partlayıb, dörd-beş gün susuz qalırıq”.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
