Daha bir neçə onlayn qumar şəbəkəsi ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (DİN Kiberpolisi) tərəfindən onlayn qumar və mərc oyunları şəbəkələrinə qarşı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Əməliyyatlar nəticəsində 5 nəfər (Həsən Səbili, Orxan İbrahimli, Taleh Ağayarov, Salman Cəfərov və Rauf Hüseynov) saxlanılıb. Bu şəxslər ölkədən kənarda yaradılan "7isles", "fastloto.com", "chcplay.net" kimi internet saytlarının idarəçiləri ilə əlbir olublar. Onlar sosial şəbəkələrdə "Ambassador", "Kazino 555", "VİP 888", "Shangrila" və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Baxış zamanı ofis və mənzillərdən elektron sübutlar, bank kartları və çoxsaylı mobil nömrələr aşkar edilib. Həmçinin, dəstə üzvlərinin qanunsuz pulköçürmə əməliyyatları üçün başqa şəxslərdən bank kartları aldıqları müəyyənləşib. Faktlarla bağlı cinayət işləri başlanılıb.
#Cinayət işi teqi istifadə olunub
- Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV
- Zelenskinin keçmiş mətbuat katibi barədə sensasiyalı məlumat - Baku TV
- AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
