Hadisə
Pleyeri seçin:

Dalaşan sevgililərin arasına girib canından oldu | Bakıdakı cinayətin detalları

19 mart 2024

2022-ci il avqustun 14-də Salamzadə küçəsi, 3-cü Alatava yaşayış massivində, “Betonpark” adlanan yerüstü piyada keçidinin yaxınlığında qətl törədilib.

1999-cu il təvəllüdlü Bəxtiyar Qarayev dava zamanı 1998-ci il təvəllüdlü Niyaməddin Muradovu bıçaqlayaraq öldürüb. Fakt üzrə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məlum olub ki, mərhum Niyaməddin Muradov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

İstintaqla müəyyən edilib ki, Bəxtiyar Qarayev avqustun 14-ü saat 22:00 radələrində qeyri-rəsmi münasibətdə olduğu Səriyyə Hüseynova ilə aralarında olan mübahisəni həll etmək üçün 3-cü Alatava yaşayış massivi, “Betonpark” adlanan ərazidə görüşüb. Qadını xəyanət etməkdə günahlandıraraq ona məxsus mobil telefonu sındırıb. Bəxtiyar daha sonra Səriyyə Hüseynovanın üzünə şillə vurub və telefonla başına zərbələr endirib.

Bunu görən Niyaməddin Muradov və iki tanışı Bəxtiyara yaxınlaşaraq nə baş verdiyini soruşanda Bəxtiyar ailə məsələsi olduğunu deyib. Səriyyə isə ağlaya-ağlaya telefonunun Bəxtiyarda olduğunu və onlardan onu alıb qaytarmalarını istəyib. Niyaməddin qadından əl çəkməsinə və səs-küy salmamasına dair Bəxtiyara irad bildirib. Bundan hiddətlənən Bəxtiyar Qarayev böyüyən mübahisə əsnasında Niyaməddin Muradova bıçaqla zərbə vuraraq onu öldürüb.

İş üzrə dindirilmiş Bəxtiyar Qarayev bildirib ki, Səriyyə ilə mübahisə edərkən tanımadığı şəxslər küçədə səs-küy salmaması ilə bağlı ona irad bildiriblər. Daha sonra aralarında başlanan dava zamanı həmin oğlanlar tərəfindən döyülüb. Bıçaqdan onları qorxutmaq üçün istifadə edib, ancaq Niyaməddinin yerə yıxıldığını görəndə hadisə yerindən qaçıb. Hadisədən bir neçə saat sonra isə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gələrək könüllü təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Qarayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Hadisə
27 aprel 2024
Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Hadisə
27 aprel 2024
FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

Hadisə
27 aprel 2024
DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

Hadisə
27 aprel 2024
ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

Hadisə
27 aprel 2024
Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Hadisə
27 aprel 2024
DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

Hadisə
27 aprel 2024
Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Hadisə
27 aprel 2024
Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Hadisə
27 aprel 2024
Narkotik satan şəxsin səs yazısı yayıldı | DİN məlumat yaydı

Narkotik satan şəxsin səs yazısı yayıldı | DİN məlumat yaydı

Hadisə
26 aprel 2024
Seçilmişlər
icon