Hadisə
Pleyeri seçin:
Bakıda yanğın oldu, hamı təxliyə olundu | Şahidlər danışdı
Bakının Yasamal rayonunda yerləşən 153 nömrəli tam orta məktəbdə yanğın baş verib.
Təhsil müəssisəsinin şagird və müəllim kollektivi təxliyə olunub. Hazırda məktəbdə dərslər dayandırılıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb.
Kopyalandı
Seçilmişlər