Hadisə
Pleyeri seçin:

İşıq pulu üstündə düşən mübahisə qanla bitdi | Nəsimidə dəhşətli qətl

25 aprel 2024

2021-ci il martın 19-na keçən gecə Nəsimi rayonu ərazisində yerləşən evlərdən birində iki qardaş arasında yaranan mübahisə qanla bitib. 52 yaşlı Elçin Camalov 53 yaşlı qardaşı Etibar Camalovu qətlə yetirib. Hadisə zamanı yaralanan 52 yaşlı Elçin Camalov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.

İstintaqla müəyyən edilib ki, martın 18-də borca görə elektrik enerjisinin kəsilməsi səbəbindən Elçin Camalov 2-ci mərtəbədə yaşayan qardaşı Etibar Camalovun yanına qalxıb, bayram günü qaranlıqda qalmamaları üçün ona aid işıq pulunu ödəməsini istəyib. Qardaşı pulu ödəməkdən imtina etdikdə aralarında mübahisə yaranıb. Heç nə demədən qaldığı evə qayıdan Elçin Camalov anası ilə söhbətində baş verənlərin günahını qardaşının arvadı Kəmalə Camalovada gördüyüyünü bildirib. Bunları eşidən Etibar isə qardaşına bıçaqla hücum edib.

İş üzrə dindirilmiş Elçin Camalov bildirib ki, anası, bacısı və qardaşı Elbrusla bir evdə yaşayıb. Digər qardaşı Etibar həyat yoldaşı ilə hadisədən 3-4 ay əvvəl onlar qalan ünvana köçüb və 2-ci mərtəbədə yaşayıb. Qardaşı işıq pulunun özünə düşən hissəsini ödəməkdən boyun qaçırıb. Bayram ərəfəsində pulu ödəmədiklərinə görə işıqları kəsilib. Buna görə axşam Etibarın yanına qalxaraq deyib ki, işıq pulunun yarısını özü, yarısını da o versin. Köməkləşib borclarını ödəsinlər və bayram günü qaranlıqda qalmasınlar.

Etibar onu yola verdikdə, aralarında mübahisə yaranıb. Acıq edən qardaşı pul verməyəcəyini söyləyib, yumruqla Elçin Camalova zərbələr endirib. O isə heç nə etmədən aşağı mərtəbəyə, öz evinə qayıdıb. Anasına qaranlıqda qalmaq istəmədiyini və dostlarının yanına gedəcəyini bildirib. Çölə çıxmağa hazırlaşaraq qapını açanda, gözləmədiyi anda Etibar əlindəki bıçaqla evə soxulub və əvvəl onun başına, sonra da döş qəfəsinə zərbə vurub. Növbəti zərbəni boğazına vurmaq istəyəndə arxaya çəkilib və masanın üzərindəki bıçağı götürüb, onun sinəsinin sağ hissəsinə 2 dəfə xəsarət yetirib. Qardaşı bir-iki addım arxaya doğru gedib, pilləkəndə oturub. Ailə üzvlərindən təcili yardım çağırmalarını xahiş edib.

Məhkəmə iclasında Elçin Camalov ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, özünü qorumaq məqsədi ilə qardaşını bıçaqlayıb.

İbtidai istintaq ittihamda Elçin Camalovun Etibar Camalovu qəsdən öldürməsi qənaətinə gəlsə də, məhkəmə bunu əsaslı saymayıb və qənaətə gəlib ki, təqsirlənidirlən şəxs zəruri müdafiə həddində qeyri-ixtiyari, qəsdin xarakterini və təhlükəlilik dərəcəsini aşmamaqla qardaşını bıçaqla zərbələr vurub və nəticədə sonuncu dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə Elçin Camalova bəraət verilib və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Nələri satmaq qanunsuzdur? | DİN Bakıda əməliyyat keçirdi

Nələri satmaq qanunsuzdur? | DİN Bakıda əməliyyat keçirdi

Hadisə
03 may 2024
Bir də gördüm, camaat tökülüşdü…  | Bakıda sevgililərin davasının dəhşətli sonu

Bir də gördüm, camaat tökülüşdü… | Bakıda sevgililərin davasının dəhşətli sonu

Hadisə
03 may 2024
Kəlbəcərdə ağır qəzada yaralanan hərbçilərimizin kimliyi bəlli oldu

Kəlbəcərdə ağır qəzada yaralanan hərbçilərimizin kimliyi bəlli oldu

Hadisə
03 may 2024
Daha bir vəzifəli şəxs həbs olundu | Detallar ortaya çıxdı

Daha bir vəzifəli şəxs həbs olundu | Detallar ortaya çıxdı

Hadisə
03 may 2024
DGK Tovuzda əməliyyat keçirdi | Cinayət işi açıldı

DGK Tovuzda əməliyyat keçirdi | Cinayət işi açıldı

Hadisə
03 may 2024
FHN əməkdaşları köməksiz vəziyyətdə qalan sakinləri belə xilas etdi

FHN əməkdaşları köməksiz vəziyyətdə qalan sakinləri belə xilas etdi

Hadisə
03 may 2024
Hərbçilərin olduğu maşın Kəlbəcərdə ağır qəzaya düşdü

Hərbçilərin olduğu maşın Kəlbəcərdə ağır qəzaya düşdü

Hadisə
03 may 2024
Gəncədə şagirdlər arasında mübahisə qanla bitdi | DİN-dən təcili məlumat

Gəncədə şagirdlər arasında mübahisə qanla bitdi | DİN-dən təcili məlumat

Hadisə
03 may 2024
Gəncədə korrupsiya əməliyyatı | Vəzifəli şəxslərin əməlləri ifşa olundu

Gəncədə korrupsiya əməliyyatı | Vəzifəli şəxslərin əməlləri ifşa olundu

Hadisə
03 may 2024
Balıqçılıq adı ilə... | Neftçala sakininin əməlləri ortaya çıxdı

Balıqçılıq adı ilə... | Neftçala sakininin əməlləri ortaya çıxdı

Hadisə
03 may 2024
Seçilmişlər
icon