Pleyeri seçin:

Dəhşətli qəza ilə bağlı yeni detallar | Baş Prokurorluqdan açıqlama

19 iyul 2024 218 baxış

İyulun 3-də Bakının Yasamal rayonu Kənar Dairəvi yolda avtomobilin dərəyə aşması nəticəsində bir nəfərin ölməsi, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Baş Prokurorluqdan bildirilib ki, iyulun 3-də Yasamal rayonu Kənar Dairəvi Yolda avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovun isə xəsarətlər alması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.

“İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Əkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib”, – deyə məlumatda qeyd edilib.

Mustafa Nəcəfov iş üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və hazırda xəstəxanada müalicəsinin davam etdirilməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV

Hadisə
23 dekabr 2025 218 baxış
Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Göyçayda dəhşətli yanğın | Zərərçəkən sakinlər fəryad etdi - Baku TV

Hadisə
23 dekabr 2025 218 baxış
Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Hadisə
22 dekabr 2025 218 baxış
"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

Hadisə
22 dekabr 2025 218 baxış
"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

Hadisə
22 dekabr 2025 218 baxış
87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

Hadisə
21 dekabr 2025 218 baxış
“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

Hadisə
21 dekabr 2025 218 baxış
Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Hadisə
21 dekabr 2025 218 baxış
Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Hadisə
21 dekabr 2025 218 baxış
Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Hadisə
21 dekabr 2025 218 baxış
Seçilmişlər
icon