Hamı işdən gəlir, yer tapmaq olmur | Yasamal sakinlərinin parklanma problemi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Yasamal rayonu, Xiyabani 5 ünvanındakı çoxmərtəbəli yaşayış binasının sakinləri parkinq problemi ilə üzləşiblər.
Onlar binanın qarşısındakı ərazidə parklanmanın ödənişli olmasından şikayətçidirlər.
“Sakinlər işdən qayıdanda boş yer tapmaq mümkün olmur. Parkinqi pullu edənlər düşünməli idilər ki, bu insanlar avtomobillərini harada saxlayacaqlar?”, – sakinlərdən biri narazılığını bildirib.
“Biz işə gedəndə də parkinq üçün pul ödəyirik, başa düşürük ki, burada yaşamırıq. Amma öz binamızda maşını saxlamağa görə ödəniş etmək istəmirik. Həyətdə çox maşın olur, hərəkət etmək çətinləşir. Elə buna görə də keçən həftə yanğınsöndürən maşın həyətə daxil ola bilmədi”, – başqa bir sakin deyib.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçü ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.
#Yasamal teqi istifadə olunub
- Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
