Hadisə
Pleyeri seçin:

DİN-dən Gədəbəydəki hadisə ilə bağlı təcili açıqlama: 3 nəfər saxlanıldı

17 oktyabr 2023

Oktyabrın 16-da saat 21:00 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan, barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, əvvəllər məhkum olunmayan 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər.

Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb, N.Hüseynova tabel silahı tətbiq edilməklə onlar saxlanılıblar.

Ayaq nahiyəsindən xəsarət alan N.Hüseynova nəzarət qaydasında ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi yoxdur.

Hadisə yerindən cinayət aləti olan tüfəng götürülüb. Araşdırma aparılır.

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmə tapıldı | İbrahimin atası danışdı

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmə tapıldı | İbrahimin atası danışdı

Hadisə
27 aprel 2024
Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Hadisə
27 aprel 2024
Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Hadisə
27 aprel 2024
FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

Hadisə
27 aprel 2024
DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

Hadisə
27 aprel 2024
ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

Hadisə
27 aprel 2024
Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Hadisə
27 aprel 2024
DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

Hadisə
27 aprel 2024
Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Hadisə
27 aprel 2024
Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Hadisə
27 aprel 2024
Seçilmişlər
icon