DİN əməkdaşları işğaldan azad olunan ərazilərdə nələr aşkarladı?
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə 7-13 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 5 avtomat, 4 tapança, 6 tüfəng, 13 qumbara, 16 alışdırıcı, 5 süngü-bıçaq, 20 patron darağı, 679 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 1 qumbara, 1 alışdırıcı, 196 ədəd müxtəlif çaplı patron, Kəlbəcərdən 1 qumbaraatan və 5 ədəd mərmi, Tərtər rayonu ərazisindən 1 qumbaraatan, 6 patron darağı, 180 ədəd müxtəlif çaplı patron aşkarlanıb.
Bundan başqa, Xocavənd rayonunun Muğanlı kəndi ərazisindən 51 mərmi, 243 qumbara, 28 min 780 ədəd müxtəlif çaplı patron, 58 barıt atımı, 62 alışdırıcı, Ağdam rayonunun Papravənd kəndi ərazisindən 2 avtomat, 5 mərmi, 55 ədəd müxtəlif çaplı patron, 2 patron darağı, Qubadlı rayonunun Qaraağacı kəndi ərazisindən 1 avtomat, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.