Pleyeri seçin:

DİN Qəbələdəki hadisə ilə bağlı qərarı açıqladı

05 dekabr 2023 604 baxış

Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb ediliblər.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub.

Dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair Rayon rokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı Qəbələ rayonunun Vəndam qəsəbə sakini 1981-ci il təvəllüdlü Səxavət Ağayevin qeyd olunan tarixdə yaşadığı qəsəbənin ərazisində yol hərəkəti qaydalarını pozaraq, sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan idarə etdiyi VAZ-2107 minik markalı avtomobillə saxlanılarkən 1974-cü il təvəllüdlü qardaşı Eldəniz Ağayevlə birgə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymazlıq nümayiş etdirmələri, ictimai qaydanı kobud surətdə pozmaları, habelə hakimiyyət nümayəndəsi qismində ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə müqavimət göstərmələrinə və Qəbələ Rayon Polis Şöbəsinə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə Eldəniz Ağayev Cinayət Məclləsinin 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Səxavət Ağayev isə həmin Məcəllənin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün hallar tam, hərtərəfli və obyektiv istintaq edilməklə təqsiri olan bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

DTX-dən 5 ölkədə antiterror əməliyyatı: "Sumqayıt camaatı"nın üzvləri hər şeyi etiraf etdi - Baku TV

DTX-dən 5 ölkədə antiterror əməliyyatı: "Sumqayıt camaatı"nın üzvləri hər şeyi etiraf etdi - Baku TV

Hadisə
18 sentyabr 2026 604 baxış
Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV

Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV

Hadisə
18 sentyabr 2026 604 baxış
Maştağada dəhşətli hadisə | Qohumlar bir-birinə niyə düşmən oldu? - 24 SAAT

Maştağada dəhşətli hadisə | Qohumlar bir-birinə niyə düşmən oldu? - 24 SAAT

Hadisə
18 sentyabr 2026 604 baxış
“Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV

“Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
17 sentyabr 2026 604 baxış
"Dedim ki, nə bozarırsan üstümə?" | Maştağada dəhşətli hadisə | "Atasız qaldı, əsəbidir" - Baku TV

"Dedim ki, nə bozarırsan üstümə?" | Maştağada dəhşətli hadisə | "Atasız qaldı, əsəbidir" - Baku TV

Hadisə
17 sentyabr 2026 604 baxış
Maştağada yaşanan qanlı hadisə barədə təfərrüatlar - Baku TV CANLI

Maştağada yaşanan qanlı hadisə barədə təfərrüatlar - Baku TV CANLI

Hadisə
17 sentyabr 2026 604 baxış
Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV

Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV

Hadisə
17 sentyabr 2026 604 baxış
“Mənim evimə əxlaqsızı gətirmə!” | Şəmkirdə şok hadisə: “Vurub dedi ki, səni öldürəcəyəm!” - Baku TV

“Mənim evimə əxlaqsızı gətirmə!” | Şəmkirdə şok hadisə: “Vurub dedi ki, səni öldürəcəyəm!” - Baku TV

Hadisə
17 sentyabr 2026 604 baxış
Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV

Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV

Hadisə
17 sentyabr 2026 604 baxış
Xırdalanda baş verən faciəvi hadisə barədə detallar - Baku TV CANLI

Xırdalanda baş verən faciəvi hadisə barədə detallar - Baku TV CANLI

Hadisə
17 sentyabr 2026 604 baxış
Seçilmişlər
icon