Dostunun 1400 manat pulunu oğurlayan şəxs saxlanıldı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda vətəndaşın bank kartından 1400 manat məbləğində pul vəsaitinin gizli şəkildə talanması ilə əlaqədar polisə şikayət daxil olub.
Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə müəyyən edilərək saxlanılıb.
Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən şəxs toy mərasimində iştirak edərkən pul vəsaiti çıxarması məqsədilə bank kartını yanında olan tanışına, yəni hazırda saxlanılan şəxsə təqdim edib.
Müəyyən edilib ki, Ə.Qasımzadə fürsətdən istifadə edərək kartda olan vəsaitin hamısını nağdlaşdırıb. Daha sonra o, oğurladığı məbləğdən toyda həm kart sahibinin, həm də öz adından pul yazdırıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV
- Vətəndaşların şikayətinə niyə baxan tapılmır?
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
