DSX-nin baş gizirini öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin giziri Cəsarət Vəliyevi qətlə yetirməkdə, xidmətin digər əməkdaşı Camal Həsənova isə xəsarət yetirməkdə təqsirləndirilən İlqar Abdurrahmanov və Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunaraq İlqar Abdurrahmanov 18 il 6 ay, Orxan Zeynalov isə 19 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin martın 16-da metronun “20 Yanvar” stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi zamanı baş verib. Aralarında yaranan mübahisəyə görə Cəsarət Vəliyev qətlə yetirilib, Camal Həsənov isə xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV
- Bakı Ağır Cinayətlər Məhkəməsində beynəlxalq terror şəbəkəsinə qoşulanlara sərt hökm - ƏSAS XƏBƏR
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
