Pleyeri seçin:

DTX xüsusi əməliyyat keçirdi

11 avqust 2023 350 baxış

Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Kamran Azər oğlu Zülfüqarov qeyri-leqal yolla ölkə ərazisinə keçib.

Terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb.

Kamran Zülfüqarov barəsində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) və digər maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə həbs edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində onun Suriya ərazisində İŞİD-in xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsədiyi məlum olub.

Kamran Züflüqarovun dini radikalizm və dini düşmənçilik zəminində Suriyanın Haritan şəhərində “Xalid dayı” dini ləqəbli Rövşən Kitab oğlu Bədəlovun rəhbərlik etdiyi, bilavasitə kəşfiyyat aparan və terror hücumları törədən qanunsuz silahlı qruplaşmanın tərkibində döyüşlərdə və silahlı münaqişələrdə iştirakına dair dəlillər əldə edilib.

Kamran Zülfüqarovun daxil olduğu cinayətkar dəstənin üzvlərinin öz şəxsiyyətlərini gizli saxlamaqla əks tərəfdə vahimə yaratmaq üçün ələ keçirdikləri şəxslərin başlarını kəsərək nümayiş etdirmələri və xüsusi qəddarlıqla törətdikləri digər əməllər barədə də sübutlar toplanıb.

Kamran Zülfüqarov istintaqa verdiyi ifadə zamanı Suriyadan qaçmağının detallarını da danışıb. O, qanunsuz silahlı qruplaşmaya qoşulmağından və törətdiyi əməllərdən peşman olduğunu bildirib.

 

Banner
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 350 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 350 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 350 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 350 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 350 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 350 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 350 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 350 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 350 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 350 baxış
Seçilmişlər
icon