Elektrik cərəyanı məktəblilərin həyatına son qoydu | İmişlidə bədbəxt hadisə
İmişlidə 2 yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb. Hadisə 5 saylı orta məktəbin ərazisində baş verib.
Belə ki, təhsil ocağının ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən VI və VIII sinif şagirdi olan məktəblilər Amid İsbərov və Fərid Məmmədovu elektrik cərəyanı vurub. Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib.
TƏBİB İmişlidə 2 yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. Bildirilib ki, aprelin 14-ü saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. 2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin hadisə yerində ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.