Hadisə
Pleyeri seçin:

Əməkdaşımız Sumqayıtdakı partlayışlarla bağlı son məlumatları açıqladı

03 dekabr 2024

Bu gün səhər saatlarında Sumqayıt şəhərində iki partlayış hadisəsi baş verib.

İlk hadisə şəhərin 13-cü mikrorayon ərazisində yerləşən mənzildə qeydə alınıb. Partlayış hadisəsi nəticəsində 4-ü kişi, 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar.

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi cinsli), 2007 (kişi cinsli) və 2010-cu il (qadın cinsli) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.

Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il (kişi cinsli) təvəllüdlü şəxsə arterial hipertenziya səbəbi ilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1975-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib.

Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Digər hadisə isə Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində qeydə alınıb. Həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 1-i kişi, 1-i qadın olmaqla 2 nəfər sağ çıxarılaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

1949-cu il təvəllüdlü (kişi cinsli) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın cinsli) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib.

1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Kopyalandı
Xəzərdə baş verən zəlzələlər barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat

Xəzərdə baş verən zəlzələlər barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat

Hadisə
26 dekabr 2024
Oğlumla birgə gedənlərdən xəbər yoxdur | Təyyarə qəzasından sağ çıxan Nizaminin atası danışdı

Oğlumla birgə gedənlərdən xəbər yoxdur | Təyyarə qəzasından sağ çıxan Nizaminin atası danışdı

Hadisə
25 dekabr 2024
Məkhəmə tiktokerlər barədə qərar verdi | 4 nəfər həbs edildi

Məkhəmə tiktokerlər barədə qərar verdi | 4 nəfər həbs edildi

Hadisə
25 dekabr 2024
Morqa aparılacaq, şəxsiyyətləri dəqiqləşdiriləcək | Qazaxıstan Baş nazirinin müavinindən açıqlama

Morqa aparılacaq, şəxsiyyətləri dəqiqləşdiriləcək | Qazaxıstan Baş nazirinin müavinindən açıqlama

Hadisə
25 dekabr 2024
AZAL-ın qəzaya düşən təyyarəsində yaralananların xəstəxanadan görüntüsü

AZAL-ın qəzaya düşən təyyarəsində yaralananların xəstəxanadan görüntüsü

Hadisə
25 dekabr 2024
AZAL-ın qəzaya düşən təyyarəsi ilə bağlı son dəqiqə məlumat

AZAL-ın qəzaya düşən təyyarəsi ilə bağlı son dəqiqə məlumat

Hadisə
25 dekabr 2024
Qazinin ölümündən günlər sonra anası da dünyasını dəyişdi | Mingəçevirdə ailə faciəsi

Qazinin ölümündən günlər sonra anası da dünyasını dəyişdi | Mingəçevirdə ailə faciəsi

Hadisə
25 dekabr 2024
Azərbaycana qonaq gəlmişdi… | Qəzaya düşən şəxsin yaxını danışdı

Azərbaycana qonaq gəlmişdi… | Qəzaya düşən şəxsin yaxını danışdı

Hadisə
25 dekabr 2024
Təyyarə qəzasında xəsarətalanların vəziyyəti açıqlandı | Timur Muratov nəzarəti üzərinə götürdü

Təyyarə qəzasında xəsarətalanların vəziyyəti açıqlandı | Timur Muratov nəzarəti üzərinə götürdü

Hadisə
25 dekabr 2024
Jurnalist "Baku TV"yə danışdı | Son durum açıqlandı

Jurnalist "Baku TV"yə danışdı | Son durum açıqlandı

Hadisə
25 dekabr 2024
Seçilmişlər
icon