Pleyeri seçin:
Qazinin ölümündən günlər sonra anası da dünyasını dəyişdi | Mingəçevirdə ailə faciəsi
Mingəçevirdə noyabrın 6-da vəfat edən Vətən müharibəsi qazisi Namaz Şirinovun anası dünyasını dəyişib.
67 yaşlı Gülüstan Şirinova dekabrın 23-də ürək tutmasından ölüb.
Yaxınları onun oğlunun ölümü ilə barışmadığını bildirib.
“Qardaşım dəfn olunandan sonra anam yeməkdən kəsilmişdi, heç nə yemirdi. Onun ölümünə dözə bilmədi”, – mərhumun qızı Səbinə Şirinova deyib.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Namaz Şirinov Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirakına görə medallarla təltif olunub.
Kopyalandı
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI
- 14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV
- "Buradan keçmək mümkün deyil" | Mingəçevirin mərkəzində biabırçı mənzərə - Baku TV
- Yük avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb
- “Qızdan xoşu gəlirdi, dedim ki, lazım deyil” | Öldürülən oğlanın anası hər şeyi danışdı - Baku TV
