Təyyarə qəzasında xəsarətalanların vəziyyəti açıqlandı | Timur Muratov nəzarəti üzərinə götürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.
Bu barədə Mangistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.
Bildirilib ki, yerli tibbi personala kömək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin iki reanimatoloq, 4 travmatoloq, 1 neyrocərrah və yanıq üzrə mütəxəssisdən ibarət mobil briqadası gətirilib.
Eyni zamanda səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti öz üzərinə götürərək yaralılardan bir neçəsini şəxsən müayinə edib.
O da qeyd olunub ki, Mangistaunun Uşaq Xəstəxanasında müalicə alan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq.
#Qazaxıstan teqi istifadə olunub
- Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı
- Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
