Pleyeri seçin:
“Ən bəlalı vəziyyət odur ki...” | Lənkəran sakinlərini bezdirən problem
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkərana yağan leysan xarakterli yağış fəsadlara səbəb olub. Suötürücü və selötürücü kanallar su ilə dolub, həyətyanı sahələri su basıb.
Sakinlər mövcud vəziyyətlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Uşaqlar buradan məktəbə gedə bilmirlər. Hər yağış yağanda ətrafı su basır. Xəndəkləri təmizləmək lazımdır. Dəfələrlə aidiyyəti qurumlara məlumat versək də, heç bir tədbir görülmür”, – onlardan biri söyləyib.
Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, suötürücü və selötürücü kanallar tez-tez təmizlənir. Vətəndaşlar tullantıları xəndəklərə atırlar, bu da suyun axarının qarşısını alır. Hazırda xəndəklər mərhələli şəkildə təmizlənir.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- “Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV
- “Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV
- Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
