Ən birinci mən girdim içəri | Sumqayıt sakinləri baş verən partlayışdan danışdı
“Partlayış baş verən evə ən birinci mən girmişəm. İçəridə sıxılı vəziyyətdə qalan var idi".
Bunu Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla bağlı Baku TV-yə danışarkən hadisə şahidi deyib.
Sakin əlavə edib ki, daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və evdəki hər kəs xilas edilib.
Başqa bir hadisə şahidi isə partlayışın necə baş verməsi barədə danışıb:
“Yemək yeyib mətbəxdən çıxanda, qarşımda partlayış oldu. Zərbə sinəmi tutdu, qolum cırıldı. Özümü qorumağa çalışdım, başımı qaldıranda gördüm ki, hər şey çökür. Binadan məni, atamı, anamı və dörd qonşumuzu çıxardılar”.
Partlayış nəticəsində ətrafdakı binaya və onun qarşısındakı bir neçə avtomobilə də ziyan dəyib.
#Sumqayıt teqi istifadə olunub
- “Bu, Bakıda istifadə olunan suyun təxminən 25 faizidir” | ADSEA sədri - Baku TV
- Sumqayıtda kioskun içində kişi meyiti aşkarlandı - Baku TV
- Sumqayıtda yaşayış yerində yanğın baş verib | 3 ailəyə ciddi ziyan dəyib - Baku TV
- Sumqayıtda dəhşət yaşayan 6 uşağın atasından ürəkdağlayan sözlər - Baku TV
- “Anası qışqırdı ki, qan töküldü...” | Sumqayıtda dəhşət | Qardaş qardaşı niyə bıçaqladı? - Baku TV
