Eşitdim ki, çığır-bağır gəlir... | Qonşu qandonduran qətl barədə hər şeyi danışdı
48 yaşlı Lamiyə Məmmədova namaz qıldığı yerdə qətlə yetirilib.
Hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Ehtimal olunur ki, qadın həyat yoldaşı Ramil Məmmədov tərəfindən qətlə yetirilib. Onun dəmir əşya ilə başından bir neçə dəfə vurulduğu, daha sonra barmaqlarının sındırıldığı deyilir.
“Axşam saat 12-yə qalmışdı, bir də eşitdim ki, çığır-bağır səsləri gəlir. Polis gəlmişdi. Nə baş verdiyini soruşanda dedilər ki, kişi həyat yoldaşını dəmirlə vurub, sonra da qaçıb gedib. Yeniyetmə oğulları var. Uşaq gəlib anasının meyitini görüb, şokda idi”, – deyə mərhumun qonşusu bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ramil Məmmədov Gürcüstan Respublikasında saxlanılıb. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
#Xəzər rayonu teqi istifadə olunub
- "Autizmli uşağını dəfələrlə təhqir edib" | 216 nömrəli məktəbdə nə baş verir?
- Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi | "Yarım iş vahidində çalışır"
- Sərnişinlə dolu mikroavtobus maşınla toqquşdu | “İldə 4-5 ölüm hadisəsi olur bu yolda”
- İctimai yerdə etdikləri ilə gündəmi alt-üst edən qadınlar barədə təcili xəbər
- Xəzərdə dəhşətə gətirən qəza | FHN təcili hərəkətə keçdi
