Pleyeri seçin:

Evdən qaçan 18 yaşlı qızın başına nələr gəldi? - Məhkəmədə baş verənlər

11 dekabr 2024 282 baxış

Qeyri-rəsmi yaşadığı şəxsə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 18 yaşlı Səbinə Vəliyevanın cinayət işinin ilk məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli təqsirləndirilənə ittiham aktını elan edib. Hakim təqsirləndirilənin ittiham olunduğu maddələrin sanksiyasında onun 15 ilədək azadlıqdan məhrum oluna biləcəyini xatırladıb.

Səbinə Vəliyeva ittihama görə özünü qismən təqsirli bilib. Xanıma sərbəst ifadə üçün söz verilsə də, vaxt məhdudiyyətindən bu, mümkün olmayıb. Növbəti proses yanvarın 21-nə təyin olunub.

İttihamda qeyd olunur ki, Səbinə Vəliyeva ailəsindən xəbərsiz Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb və Suraxanı rayonunun ərazisində mənzil kirayə götürərək birlikdə qeyri-rəsmi yaşayıblar. Təqsirləndirilənin istintaqa ifadəsindən məlum olub ki, Səbinə Vəliyevanın məlum hadisəni törətməsinin səbəbini isə özünün təhqir olunması ilə əsaslandırıb.

Araşdırmalarla məlum olub ki, hadisə sərxoşluq zəminində baş verib. Onlar 2024-cü ilin yanvarın 23-də kirayədə yaşadıqları mənzildə şam yeməyi zamanı qəbul etdikləri spirtli içkidən sonra hər ikisi sərxoş olublar.

Səbinə Vəliyeva səhər yuxudan ayılarkən özünü çarpayıda çılpaq vəziyyətdə görərək bundan hiddətlənib və Fərid Hüseynzadənin ona təcavüz etdiyini düşünüb. Ondan qisas almaq məqsədilə çarpayıda yatan Fərid Hüseynzadəyə bıçaqla zərbələr endirərək ona ağır xəsarətlər yetirib.

Səbinə Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu (ölümə cəhd) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verdi - Baku TV

Minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verdi - Baku TV

Hadisə
08 dekabr 2025 282 baxış
Zərərçəkən hadisə barədə hər şeyi danışdı | DİN-dən təcili məlumat - Baku TV

Zərərçəkən hadisə barədə hər şeyi danışdı | DİN-dən təcili məlumat - Baku TV

Hadisə
08 dekabr 2025 282 baxış
Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı - Baku TV

Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı - Baku TV

Hadisə
07 dekabr 2025 282 baxış
Abşeronda mağazadan oğurluq edən şəxslər saxlanıldı - Baku TV CANLI

Abşeronda mağazadan oğurluq edən şəxslər saxlanıldı - Baku TV CANLI

Hadisə
07 dekabr 2025 282 baxış
Kanala aşan avtomobildə 5 nəfər həyatını itirdi - Baku TV

Kanala aşan avtomobildə 5 nəfər həyatını itirdi - Baku TV

Hadisə
07 dekabr 2025 282 baxış
"Mercedes" markalı avtomobil aşdı: Ölən və yaralılar var - Baku TV

"Mercedes" markalı avtomobil aşdı: Ölən və yaralılar var - Baku TV

Hadisə
07 dekabr 2025 282 baxış
Qusarda qadına qarşı insident | Məhkəmə təqsirləndirilənə nə cəza verdi? - Baku TV

Qusarda qadına qarşı insident | Məhkəmə təqsirləndirilənə nə cəza verdi? - Baku TV

Hadisə
07 dekabr 2025 282 baxış
Tulin Ələkbərova və tələbəsi barədə həbs qərarı verildi - Baku TV

Tulin Ələkbərova və tələbəsi barədə həbs qərarı verildi - Baku TV

Hadisə
07 dekabr 2025 282 baxış
Sumqayıtda qəza baş verdi | İdarəetməni itirən sürücü yuyucu məntəqəsinə girdi - Baku TV

Sumqayıtda qəza baş verdi | İdarəetməni itirən sürücü yuyucu məntəqəsinə girdi - Baku TV

Hadisə
07 dekabr 2025 282 baxış
Bakıda piyada keçidində dəhşətli yol qəzası | Ər-arvadı maşın vurdu, biri öldü, digəri... - Baku TV

Bakıda piyada keçidində dəhşətli yol qəzası | Ər-arvadı maşın vurdu, biri öldü, digəri... - Baku TV

Hadisə
07 dekabr 2025 282 baxış
Seçilmişlər
icon