Pleyeri seçin:

Evdən qaçan arvadını qətlə yetirdi | Zirədəki qətlin dəhşətli detalları

06 aprel 2024 605 baxış

2021-ci il avqustun 3-də Bakının Xəzər rayonu, Zirə qəsəbəsində həyat yoldaşı 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanı 21 bıçaq zərbəsi ilə qətlə yetirən 1979-cu il təvəllüdlü Füzuli Qarayevə hökm oxunub.

İş üzrə dindirilmiş Füzuli Qarayev bildirib ki, Sevinclə münasibətlərində soyuqluq yaranmasına qadının ev işlərinə məsuliyyətsiz yanaşması, uşaqlara baxmaması və tez-tez evdən çıxıb getməsi səbəb olub. Bu barədə Sevincin valideynlərinə xəbər versə də, faydası olmayıb.

Sonradan arvadının Qadın hüquq və azadlıqları uğrunda mübarizə aparan feminizm hərəkatının nümayəndələri ilə əlaqə saxladığını, həmin şəxslərin vasitəsilə evdən qaçdığını bilib.

Sevinc Məhərrəmovaya kömək edən hüquq müdafiəçiləri Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini qadını müdafiə etməyə çağırıblar. Sevinc valideynlərinin yanına qaçdığı müddətdə ona tibbi müayinədən keçməkdə, iş tapmaqda kömək ediblər, lakin onu uşaqları ilə görüşdürə bilməyiblər.

Bu məqsədlə hətta hərəkatın nümayəndələri bir neçə dəfə gecə saatlarında Füzulinin evinə gələrək özlərini polis əməkdaşları kimi təqdim edib, övladlarını sığınacağa yerləşdirmək adı ilə aparmağa cəhd ediblər, ancaq baş tutmayıb.

Füzuli etiraf etməsə də, qonşuları onun Sevinci mütəmadi döydüyünü bildirib. Elə qadının evdən tez-tez qaçması da bununla bağlı imiş. Hətta buna görə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət edilib. Həmin ilin iyun ayında Xəzər Rayon Məhkəməsinin hökmü ilə Füzuli Qarayevə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Buna baxmayaraq, Füzuli Sevincdən ayrılmayıb, yenə də birlikdə yaşamaqda davam ediblər. Qətlin baş verdiyi gün, yəni avqustun 3-də Sevinc yenə evdən qaçıb. Füzuli onun qonşusu Ramilgildə olduğunu öyrənərək ora gedib.

Çatanda Ramilin qonşusu Röyalla küçədə dayandıqlarını görüb. Yaxınlaşan zaman Ramilə yumruqla zərbə vuraraq onu yerə yıxıb. Üzərində gətirdiyi bıçaqla isə Röyala ağır xəsarət yetirib.

Daha sonra Sevincin arxasınca evə girib. Arvadından niyə onu biabır etdiyini soruşub. Sevinc ondan zəhləsi getdiyini və onu görmək istəmədiyini bildirib. Həmin an Füzuli özünü saxlaya bilməyərək bıçaqla ona ardıcıl zərbələr endirməyə başlayıb.

Sevincin öldüyünü dəqiqləşdirdikdən sonra evə qayıdıb. Qardaşına, ardınca da polisə zəng edərək törətdiyi cinayət barədə məlumat verib. Məhkəmə iclasında Füzuli Qarayev Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Banner
Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Hadisə
10 noyabr 2026 605 baxış
“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

Hadisə
10 noyabr 2026 605 baxış
184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

Hadisə
09 noyabr 2026 605 baxış
Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Hadisə
08 noyabr 2026 605 baxış
Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
07 noyabr 2026 605 baxış
Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Hadisə
07 noyabr 2026 605 baxış
İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

Hadisə
06 noyabr 2026 605 baxış
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 605 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 605 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 605 baxış
Seçilmişlər
icon